İspaniya millisinin Avro-2024 üçün heyəti
İspaniya yığma komandasının Avro-2024 üçün heyəti açıqlanıb. TodayPress xəbər verir ki, "Qırmızı Furiya" heyətə 29 futbolçu dəvət edib. Amma onlardan yalnız 26-sı yekun heyətə daxil edilə bilər.
Baş məşqçi Luis da le Fente milliyə bu futbolçuları dəvət edib:
Qapıçılar: Unai Simon (“Atletik”), David Raya (“Arsenal”), Aleks Remiro (“Real Sosyedad”).
Müdafiəçilər: Dani Karvaxal ("Real Madrid"), Xesus Navas ("Sevilya"), Emerik Laport ("Əl-Nəsr"), Robin Le Normand ("Real Sosyedad"), Dani Vivian ("Atletik"), Pau Kubarsi ("Barselona"), Alehandro Qrimaldo ("Bayer"), Naço Fernandes ("Real Madrid"), Mark Kukurella ("Çelsi").
Yarımmüdafiəçilər: Rodriqo Hernandes ("Mançester Siti"), Martin Subimendi, Mikel Merino (hər ikisi "Real Sosyedad"), Fabian Ruiz (PSJ), Aleks Baena ("Vilyarreal"), Markos Llorente ("Atletiko"), Pedri ("Barselona"), Aleix Qarsiya ("Jirona"), Fermin Lopes ("Barselona").
Hücumçular: Lamin Yamal ("Barselona"), Niko Uilyams ("Atletik"), Dani Olmo ("Leyptsiq"), Mikel Oyarzabal ("Real Sosyedad"), Pablo Sarabia ("Vulverhempton"), Xoselu ("Real Madrid"), Alvaro Morata ("Atletiko"), Ferran Torres ("Barselona"), Ayoze Peres ("Betis").
Avro-2024 14 iyundan 14 iyuladək Almaniyada keçiriləcək. İspaniya yığması B qrupunda Xorvatiya, İtaliya və Albaniya komandası ilə mübarizə aparacaq.
tag: Avro2024, Football, İdman, todaypress.az,