İspaniya millisi baş məşqçisi ilə anlaşmanı uzatdı

İdman

27.01.2025 18:07

939

Futbol üzrə İspaniya yığma komandası baş məşqçisi Luis de la Fuente ilə müqavilə müddətini artırıb.   

TodayPress İspaniya Kral Futbol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, məşqçi yığma ilə 2028-ci ilə qədər yeni sözləşmə imzalayıb. 

Qeyd edək ki, Luis de la Fuente 2022-ci ildən İspaniya millisini çalışdırır. Komanda 63 yaşlı mütəxəssisin rəhbərliyi altında 2024-cü il Avropa çempionatının qalibi olub.   

Namiq HUN

tag: Luis de la Fuente,İspaniya ,Yığma,Futbol,Todaypress.az,