İspaniya mətbuatı: “Sevilya” Juninyo ilə anlaşmaq üzrədir
“Qarabağ” klubunun futbolçusu Juninyo Olavionun “Sevilya”ya keçidi başa çatmaq üzrədir.
TodayPress xəbər verir ki, bu barədə İspaniya mətbautı məlumat yayıb.
Bildirilir ki, “Sevilya” klubu braziliyalı hücumçunun transferi üçün “Qarabağ”a bir neçə təklif verib. Amma bu təkliflər Azərbaycan çempionunu razı salmayıb.
Qeyd olunub ki, Juninyonun transferi 4 milyon avroya həll olunacaq.
“Sevilya” forvardla 3 və ya 4 illik müqavilə bağlamaq niyyətindədir. Juninyonun keçidi arzulaması ispaniyalıları ümidləndirib. Qarşı tərəf “Qarabağ”ın keçidə müsbət cavab verəcəyinə ümid edir.
Namiq HUN
tag: Sevilya, Braziliya, Klub, Qarabağ, todaypress.az,