İspaniya əlavə vaxtda mərhələ adladı

İdman

05.07.2024 22:53

Bu gün Almaniyada keçirilən AVRO-2024-ün 1/4 final mərhələsinə start verilib.

TodayPress xəbər verir ki, bu raundun ilk görüşü Ştutqartda keçirilib.

Turnirdə ən yaxşı oyun göstərən komanda kimi diqqət çəkən Almaniya və İspaniya üz-üzə gəlib. Çempionluğa əsas namizəd hesab olunan yığmaların duelində qalib əlavə vaxtda müəyyənləşib. İspanlar hesabı açsalar da, almanlar sona 1 dəqiqə qalmış bərabərlik topunu vurublar. Əlavə vaxtda isə İspaniya qələbə qolunu vurub. 119-cu dəqiqədə Merino komandasını yarımfinala yüksəldən qolun müəllifi olub.

Qeyd edək ki, bu gün 1/4 finalın daha bir oyunu keçiriləcək. Portuqaliya Fransa ilə üz-üzə gələcək.

AVRO-2024

1/4 final

5 iyul

20:00. İspaniya – Almaniya - 2:1

Qollar: Dani Olmo, 51. Mikel Merino, 119 - Florian Virts, 89

Baş hakim: Entoni Teylor (İngiltərə)

Ştutqart Arena

tag: İspaniya, Almaniya, Portuqaliya, Fransa, todaypress.az,