İspaniya çempionu Vaskeslə müqavilə imzaladı
İdman
18.07.2024 15:40
“Real” futbolçu Vaskes ilə müqaviləni uzadıb.
TodayPress xəbər verir ki, Madrid təmsilçisi sağ cinah müdafiəçisi Lukas Vaskeslə müqaviləni 2025-ci ilə qədər uzadıb.
Lukas “Real”a 2007-ci ildə, 17 yaşında ikən keçib. Ötən mövsüm futbolçu bütün yarışlarda 38 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib.
32 yaşlı Vaskesin klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Nüfuzlu “Transfermarkt” internet portalında futbolçunun bazar dəyəri 4 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, “Real Madrid” son mövsüm La Liqa çempionu və Çempionlar Liqasının qalibi olub.
Namiq HUN
tag: Real, Vaskes, Müqavilə, Lukas, todaypress.az,