İspaniya 2030-cu il dünya çempionatının keçiriləcəyi oyunların stadionlarını açıqladı
İdman
19.07.2024 20:02
Futbol üzrə 2030-cu il dünya
çempionatına ev sahibliyi edəcək ölkələrdən biri olan İspaniya Futbol
Federasiyası (RFEF) oyunların keçiriləcəyi 11 stadionun adını açıqlayıb.
TodayPress “RFEF”-in mətbuat
xidmətinə istinadən xəbər verir ki, İspaniyada baş tutacaq mundialın oyunları
"Anoeta" (San Sebastyan), "Kamp Nou" (Barselona),
"Qran Kanariya" (Las-Palmas), Olimpiya stadionu (Sevilya),
"Rosaleda" (Malaqa), "Nueva Romareda" (Saraqosa),
"Kornelya - El Prat" (Barselona), "Riasor" (La-Korunya),
"San-Mames" (Bilbao), "Metropolitano", "Santyaqo
Bernabeu" (Madrid) stadionlarında gerçəkləşəcək.
Turnirin final matçının Madriddə
keçirilməsi nəzərdə tutulur.
2030-ci ildə dünya
çempionatları tarixinin 100 illlik yubileyi qeyd olunacaq. Bu səbəbdən ilk dəfə
olaraq mundiala 6 ölkə - İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və
Uruqvay ev sahibliyi edəcək.
Qeyd edək ki, ilk dəfə olaraq
dünya çempionatının oyunları müxtəlif qitələrdə keçiriləcək.
tag: İspaniya, RFEF, Stadion, Futbol, todaypress.az,