İspan mütəxəssisin motivasiyası yoxdur
Luis Enrike PSJ-ni tərk edə bilər.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisinin ispaniyalı baş məşqçisinin mövsümü başa vurmayacağı ehtimal edilir.
Buna səbəb kimi mütəxəssisin PSJ-nin “Arsenal”la Çempionlar Liqasının son oyununda heyətdən kənarlaşdırılan hücumçu Osman Dembele ilə münaqişə yaşaması göstərilir.
Qeyd edək ki, Luis Enrike son mövsüm PSJ ilə Fransa çempionu titulunu qazanıb və ölkə kubokuna sahib çıxıb.
Namiq HUN
tag: Luis Enrike ,PSJ ,Paris ,Arsenal ,Osman Dembele, Fransa ,todaypress.az,