İsmayıl komandasından ayrılmağa qərar verdi

İdman

30.12.2024 17:10

Türkiyə millisinin futbolçusu İsmayıl Yüksek “Fənərbağça”dan ayrılmaq istəyir.

TodayPress “Fotomaç” nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi az forma şansı əldə etdiyi üçün mövsümün sonunda İstanbul təmsilçisi ilə vidalaşmağı planlaşdırır.

25 yaşlı futbolçu Avropa klublarından gələcək təklifi dəyərləndirmək niyyətindədir.

Qeyd edək ki, 2020-ci ildən “Fənərbağça”ya məxsus olan İsmayıl Yüksek müxtəlif komandalara icarəyə də verilib.

Namiq HUN

tag: Türkiyə ,Milli,İsmayıl Yüksek,Fənərbağça,Avropa,todaypress.az,