İsmayıl Kartal İran klubunu çalışdıracaq
“Fənərbağça” futbol klubunun sabiq baş məşqçisi İsmail Kartalın yeni iş yeri məlum olub.
TodayPress xəbər verir ki, türkiyəli mütəxəssis İranın “Persepolis” klubu ilə anlaşıb.
Tehran təmsilçisi Kartalla 18 aylıq müqavilə imzalayıb. Anlaşmanın detalları açıqlanmayıb.
63 yaşlı məşqçi karyerasında ilk dəfə Türkiyədən kənarda çalışacaq.
Namiq HUN
tag: İdman,Futbol,Fənərbağça,İsmayıl Kartal,Persepolis,todaypress.az,