İsmail Yakobs əməliyyat olunacaq
"Qalatasaray" futbol klubu itki ilə üzləşib.
TodayPress xəbər verir ki, komandanın yeni transferlərindən olan İsmail Yakobs zədələnib.
O, "Alanyaspor"la görüşdə dizindən xəsarət alıb.
Seneqallı müdafiəçi bu həftə əməliyyat olunacaq.
Qeyd edək ki, Yakobs "Qalatasaray"ın heyətində meydana çıxdığı 6 oyunda 1 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Qalatasaray,İsmail Yakobs,Alanyaspor,Seneqal,todaypress.az,