İslandiya vunderkindi Mançesterə gəlir?

İdman

26.08.2024 16:23

TodayPress xəbər verir ki, "Mançester Siti"nin istədiyi futbolçu İslandiya vunderkindi Orri Ouskarssondur.  

“Şəhərlilər” “Kopenhagen”in və İslandiya millisinin hücumçusunu "Atletiko Madrid"ə keçən Xulian Alvaresin əvəzləyicisi kimi görür. 

"Transfermarkt" 19 yaşlı futbolçunun dəyərini 5 milyon avro qiymətləndirir.

Orri Ouskarsson ötən mövsüm meydana çıxdığı 41 matçda 15 qol vurub və 8 assistlə yadda qalıb.

Namiq HUN

tag: Mançester Siti,İslandiya, Kopenhagen, Atletiko Madrid, Xulian Alvares, todaypress.az,