İslandiya - Türkiyə matçı təxirə salınacaq?

İdman

14.10.2024 16:55

UEFA Millətlər Liqasının B Divizionunun IV turunda bu gün keçirilməli olan İslandiya - Türkiyə matçı əlverişsiz hava şəraitinə görə təxirə salına bilər.

TodayPress xəbər verir ki, oyunun reallaşacağı “Lauqardalsvöllur” stadionunun ot örtüyünün qarşılaşmanın startına qədər buz tutma ehtimalı var.

Arena ilə bağlı son qərarı UEFA nümayəndələri verəcəklər.

Qeyd edək ki, İslandiya- Türkiyə matçı Bakı vaxtı ilə saat 22:45-də start götürməlidir.

Namiq HUN

tag: UEFA ,Millətlər Liqası ,Türkiyə ,İslandiya ,Arena ,todaypress.az,