İslandiya qarışıq komanda yarışını qazandı
İdman
18.10.2024 18:10
“TeamGym” üzrə Avropa çempionatında qarışıq komanda yarışlarının mükafatçıları məlum olub.
TodayPress xəbər verir ki, Milli Gimnastika Arenasında 5 kollektiv “TeamGym” xalçası, akrobatika cığırı və trampet (minibatut) üzərində qüvvələrini sınayıblar.
Üç proqramın cəminə əsasən, 51.600 xal toplayan İslandiya millisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İsveç yığması 51.400 xalla gümüş, Böyük Britaniya komandası isə 50.800 xalla bürünc medala sahib çıxıb.
Qeyd edək ki, 14 ölkədən 268-i böyüklər və 230-u yeniyetmələr olmaqla, ümumilikdə 498 idmançının iştirak etdiyi “TeamGym” turnirinə oktyabrın 19-da yekun vurulacaq.
Namiq HUN
tag: İslandiya, Milli Gimnastika, Arena, TeamGym, Böyük Britaniya, isveç, todaypress.az,