İslandiya millisi qadınların yarışında qalib oldu

İdman

19.10.2024 16:20

1396

Bakıda keçirilən “TeamGym” üzrə Avropa Çempionatının son gününün ilk finalında İslandiya komandası  qalib gəlib.

TodayPress xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən çempionatın son günü böyüklərdən ibarət qadın komandaların yarışları ilə başlayıb. 

İslandiya gimnastları 53.850 xal toplayaraq birinci yeri tutub.

İsveç yığması gümüş (53.400), Norveç isə bürünc (49.450) medal qazanıb.

Qeyd edək ki, “TeamGym” Avropa gimnastikasının populyarlaşdırdığı komanda yarışıdır. Ona üç alət üzərində çıxışlar daxildir: “TeamGym” xalçası, akrobatika cığırı və trampet (mini batut).

Namiq HUN

tag: İslandiya, Milli Gimnastika Arenası,Çempionat, Avropa,TeamGym, todaypress.az,