İsak ən yaxşı oyunçu seçildi

İdman

10.01.2025 17:45

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusu məlum olub. 

TodayPress turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Nyuksl” klubunun hücumçusu Aleksander İsak bütün həmkarlarını qabaqlayıb. 

İsakla yanaşı, ayın futbolçusu adına “Liverpul”dan Məhəmməd Salah və “Çelsi”dən Koul Palmer də namizəd idi.

Qeyd edək ki, “Nyukasl”ın isveçli legioneri dekabr ayında Premyer Liqada 6 oyuna 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Liverpul, İsak, Premyer, Liqa ,todaypress.az,