İrqçilikdə ittiham olunan hokkeyçiyə cəza verildi
ABŞ Milli Hokkey Liqası (NHL) “Sirakyus Kranç” klubunun hücumçusu Maksim Qroşevi irqi söyüşlər işlətdiyi üçün 10 oyunluq cəzalandırıb.
TodayPress NHL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı Qroşev “Roçester”lə oyunda rəqibini irqi təhqir etdiyinə görə diskvalifikasiya edilib.
Forvard cari mövsüm NHL-də 46 oyunda 11 (5+6) xal toplayıb. Maksim Qroşev 2020-ci ildə Rusiya millisinin heyətində gənclər arasında dünya çempionatında gümüş medalını qazanıb.
Namiq HUN
tag: Hokkey,İrqçilik,Cəza,Maksim Qroşev,Todaypress.az,