İrqçilik edən fanatlar saxlanıldı

İdman

24.10.2024 15:35

İspaniya polisi "Real Madrid"in futbolçusu Vinisius Juniora qarşı irqçiliyə görə dörd nəfəri saxlayıb.

TodayPress yerli polisin mətbuat xidmətinə istinadən xəbər verir ki, istintaq La Liqadan gələn şikayətlərdən sonra başlayıb. 

Saxlanılanlar sosial şəbəkələrdə braziliyalı oyunçunun ünvanına irqçi ifadələr işlədiblər.

Qeyd edək ki, fanatlar "kral klubu"nun "Atletiko" ilə (1:1) heç-heçə etdiyi La Liqanın VIII turunun matçı ərəfəsində irqçi ifadələr yayıblar. 

Azarkeşlərin davranışlarına görə "Atletiko"ya sanksiyalar tətbiq edilib.

Namiq HUN

tag: İspaniya, Real Madrid, Vinisius, İrqçilik, Braziliya, Atletiko, todaypress.az,