İrlandiyalı futbolçu narkotik maddə ilə yaxalandı

İdman

10.10.2024 09:51

"Arsenal" və "Seltik" futbol klublarının sabiq hücumçusu Entoni Stouks 15 ay həbs cəzası alıb.   

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, irlandiyalı forvard narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib. 

Stouks 2023-cü ildə Dublində sərxoş halda avtomobilini yüksək sürətlə idarə edərkən polis tərəfindən saxlanılıb.

Tibbi müayinədən sonra onun yüksək dozalı narkotik vasitələrdən istifadə etdiyi və üzərində gəzdirdiyi məlum olub. 

Qeyd edək ki, Entoni futbolçu karyerasında "Seltik" klubundakı uğurlu çıxışı ilə tanınıb.

Stouks 2010-cu ildən 2016-cı ilə qədər Reyncers təmsilçisinin heyətində keçirdiyi 135 oyunda 58 qol vurub.   

O, 9 dəfə İrlandiya yığma komandasının formasını geyinib. 

Namiq HUN

tag: Arsenal,Dublin ,Müayinə, Reyncers, todaypress.az,