İrina Zaretska: “Karate həyatımdadır” prinsipi ilə yaşayıram”

İdman

18.04.2025 12:09

5

“Burada olmaq üçün çox uzun yol qət etmişəm”. 

TodayPress xəbər verir ki, bunu karate üzrə  Azərbaycan yığma komandasının üzvü İrina Zaretska (68 kq) Dünya Karate Federasiyasının kanalına deyib. 

Üçqat dünya çempionu öz bacarığını bir daha nümayiş etdirmək üçün güc və enerji ilə dolu olduğunu bildirib:   

“Forma yığmaq, hələ də bu idman növündə olduğumu və tərk etmədiyimi göstərmək üçün uzun müddət məşq etdim. "Karate həyatımdadır" prinsipi ilə yaşayıram. Mən indi gözəl bir körpənin anasıyam, amma karate hələ də mənim bir parçamdır. Mən şadam ki, yenidən yarış həyəcanını hiss edirəm”. 

Qeyd edək ki, analıq məzuniyyətindən sonra tatamiyə qayıdan İrina Zaretska Misirin paytaxtı Qahirədə təşkil olunan Premyer Liqa turnirində çıxış edəcək.   

Namiq HUN

tag: İrina Zaretska,Karate,Çempion,Yarış,Todaypress.az,