İrina Viner vəzifəsindən istefa verdi
Bədii gimnastika üzrə Rusiya milli komandasının baş məşqçisi İrina Viner vəzifəsindən istefa verib.
TodayPress xəbər verir ki, bu barədə 77 yaşlı mütəxəssisin özü bildirib.
Viner bu vəzifədə 2001-ci ildən çalışırdı. Əməkdar məşqçinin rəhbərliyi altında Yevgeniya Kanayeva, Alina Kabayeva, Marqarita Mamun, Yuliya Barsukova kimi olimpiya çempionları yetişib.
İrina Viner 2008-ci ildən Ümumrusiya Bədii Gimnastika Federasiyasına rəhbərlik edirdi.
Qeyd edək ki, 2023-cü ilin martında Gimnastika Etika Fondu İrina Vineri Beynəlxalq Gimnastika Federasiyasının bayrağı altında keçirilən bütün beynəlxalq tədbir və yarışlardan iki il müddətinə uzaqlaşdırıb.
Namiq HUN
tag: Bədii gimnastika,Rusiya milli komandası,Baş məşqçi,İrina Viner,todaypress.az,