İranlı idmançıda dopin tapıldı
Paris Olimpiadası başlamazdan əvvəl iranlı cüdoçunun dopinq testi müsbət çıxıb
TodayPress xəbər verir ki, Sacad Qənim Səhənin nümunəsində qəbulu qadağan olunmuş metandienon və boldenon maddələrinin izləri aşkar edilib. Hər iki dərman anabolik steroidlər kimi qeyd olunur.
Nümunə iyulun 23-də Parisdə müsabiqədənkənar antidopinq nəzarəti zamanı təqdim edilib. Nəticə iyulun 25-də WADA tərəfindən akkreditə olunan laboratoriya tərəfindən açıqlanıb.
Cüdoçu məsələ ilə bağlı məlumatlandırılıb. İdmançıya Paris Olimpiadası zamanı yarışmaq, məşq etmək, və ya hər hansı fəaliyyətdə iştirak etmək qadağan edilib.
Sacad Qənim Səhən İdman Arbitraj Məhkəməsi - Antidopinq Şöbəsinə etiraz etmək hüququna malikdir. O, həmçinin B nümunəsinin təhlil edilməsini tələb edə bilər.
Namiq HUN
tag: İran, Paris,Sacad Qənim Səhən, Cüdo,Dopin, todaypress.az,