İranlı futbolçu maddi cəza ilə üzləşdi

İdman

03.01.2025 09:27

“İstiqlal” klubunun yarımmüdafiəçisi Ramin Rezaeian qadın azarkeşi qucaqladığı üçün cəzalanıb.

TodayPress xəbər verir ki, o, 12 min dollar cərimə ödəyəcək.

34 yaşlı futbolçunun İran çempionatının XIV turunda “Çadormalu” klubu ilə oyundan sonra qadın azarkeşlərdən birini qucaqlaması ölkədə böyük rezonans doğurub. 

İran Futbol Federasiyasının Etika Komitəsinin araşdırmalarından sonra Ramin Rezaeian maddi cəza ilə üzləşib.

Namiq HUN

tag: İran , Futbolçu, Cəza, Maddi ,todaypress.az,