İquain sabiq komandasına təyinat aldı
İdman
01.10.2024 15:50
Argentina yığmasının sabiq futbolçusu Qonsalo İquain ABŞ-nin "İnter Mayami" klubunun məşqçisi təyin olunub.
TodayPress xəbər verir ki, bu barədə Amerika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Sabiq hücumçu klubda futbolçuların inkişafı üzrə məşqçi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, 36 yaşlı İquain futbolçu karyerası ərzində Avropada “Real Madrid”, “Yuventus” və “Napoli” klublarının formasını geyinib.
2022-ci ildə karyerasını bitirən Qonsalonun son iş yeri məhz hazırda keçmiş komanda yoldaşı Lionel Messinin formasını geyindiyi “İnter Mayami” klubu olub.
Namiq HUN
tag: Argentina ,Qonsalo İquain,ABŞ,İnter Mayami,Real Madrid,Yuventus,Napoli,todaypress.az,