İnyesta Danimarka futbol klubunu aldı
İspaniya millisinin və “Barselona” klubunun sabiq futbolçusu Andres İnyestanın “Never Say Never” (NSN) şirkəti Danimarkanın “Helsinger” klubunu alıb.
TodayPress xəbər verir ki, sabiq yarımmüdafiəçi “Sport TV2”yə açıqlamasında klubu inkişaf etdirməyə çalışacağını bildirib.
2005-ci ildə yaranan "Helsinger" klubu hazırda Danimarkanın üçüncü divizionunda çıxş edir. Komanda 2017/2018 mövsümündə Superliqada mübarizə aparıb.
Namiq HUN
tag: İspaniya, Barselona, Danimarka,Helsinger,Superliqa, todaypress.az,