İnyesta da aktiv futboldan getdi
İdman
01.10.2024 16:50
İspaniya millisinin və "Barselona" klubunun sabiq futbolçusu Andres İnyesta karyerasını bitirib.
TodayPress xəbər verir ki, yarımmüdafiəçi bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.
40 yaşlı İnyestanın son klubu Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Emireyts” olub.
Orta xətt oyunçusu daha çox "Barselona"dakı uğurları ilə tanınıb. Andres Kataloniya təmsilçisi ilə 9 dəfə İspaniya çempionu olub. Bundan başqa, o, klubla 4 dəfə Çempionlar Liqasının qalibi titulunu qazanıb, 3 dəfə isə UEFA Superkubokuna sahib çıxıb.
İnyesta 23 illik peşəkar futbolçu karyerası ərzində İspaniya millisi ilə 1 dəfə dünya, 2 dəfə isə Avropa çempionu olub.
O, karyerasının son uğurunu Yaponiyada qazanıb. Yarımmüdafiəçi 5 il bu ölkənin “Vissel Kobe” klubunda çıxış edib. İnyesta 2023-cü ildə Yaponiya çempionu titulunu qazanıb.
Namiq HUN
tag: İspaniya ,Milli,Barselona,Andres İnyesta,Emireyts,Vissel Kobe,todaypress.az,