İnyesta 3 aylıq məşqçilik kursuna başladı
Andres İniyestanın böyük futboldan ayrılığı uzun çəkməyəcək.
TodayPress xəbər verir ki, məşqçiliyə başlamağa qərar verən veteran futbolçu artıq Asiya Futbol Konfederasiyasının məşqçilik kurslarına yazılıb.
İnyestanın Dubayda (BƏƏ) təhsil alacaq. Kursun müddəti üç aydır.
Qeyd edək ki, Andres İniyesta oktyabr ayının əvvəlində 22 illik peşəkar karyerasını başa vurduğunu açıqlayıb. Onun futbolçu karyerasında son klub Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” klubu olub.
Namiq HUN
tag: Adres İniyesta, Futbol, Emirates,Birləşmiş Ərəb Əmirlikləri, todaypress.az,