İntizam komitəsi Vinisiusun davranışını araşdıracaq

İdman

16.12.2024 17:08

1881

İspaniya Kral Futbol Federasiyası “Real Madrid”in futbolçusu Vinisius Juniorun “Rayo Valyekano” ilə matçdakı jest etdiyi epizoda baxacaq.

TodayPress xəbər verir ki, oyundan sonra Vinisius paltardəyişmə otağına doğru hərəkət edərkən “Rayo Valyekano” azarkeşlərinin qəzəbli şüarları ilə qarşılaşıb. Braziliyalı futbolçu onlara jestlə cavab verərək “Sequndaya!” deyib.

O, bu hərəkəti ilə "Rayo Valyekano"nun ikinci liqada mübarizə aparmalı olduğuna işarə edib. 

İntizam komitəsi həm Vinisiusun davranışını, həm də “Rayo Valyekano” azarkeşlərinin ona qarşı şüarlarını araşdıracaq.

Qeyd edək ki, epizodlara baxılması xahişi ilə intizam komitəsinə məktub birbaşa La Liqa təmsilçiləri tərəfindən göndərilib.

Namiq HUN

tag: İntizam ,Komitə, Vinisus, Epizod,todaypress.az,