“İnter”in Çempionlar Liqasındakı qoleadoru
Hücumçu Lautaro Martines İtaliyanın “İnter” klubunun tarixinə düşüb.
TodayPress xəbər verir ki, argentinalı futbolçu buna Niderlandda “Feyenoord”a (2:0) qalib gəldikləri Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda fərqlənməklə nail olub.
Martines Milan təmsilçisinin heyətində Çempionlar Liqasında ən çox fərqlənən oyunçu adına sahib çıxıb.
27 yaşlı futbolçu 18 dəfə rəqib qapılarına yol tapıb.
Daha əvvəl Sandro Matsola Avropa Kubokunda 17 qolla yadda qalıb.
Namiq HUN
tag: İnter,Klub,Laurato Martines,Kapitan,Qol,Todaypress.az,