“İnter”də şok itki

İdman

14.01.2025 10:19

Milan təmsilçisinin türkiyəli futbolçusu Hakan Çalhanoğlu zədələnib

TodayPress xəbər verir ki, yarımmüdafiəçi ayaq əzələsindən xəsarət alıb.

Çalhanoğlu A Seriyasının XIX turunda “Bolonya” qarşı matçda iştirak edə bilməyəcək.

Qeyd edək ki, 30 yaşlı futbolçu cari mövsüm “İnter”in heyətində 21 rəsmi matçda 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

tag: İnter ,Matç ,Heyət ,Qol ,todaypress.az,