“İnter”də ciddi itki
“İnter” klubu UEFA Çempionalr Liqasının (ÇL) yarınmfinal mərhələsinin cavab oyunu öncəsi ciddi itki ilə üzləşib.
TodayPress xəbər verir ki, Milan təmsilçisinin hücumçusu Lautaro Martines “Barselona” ilə oyunu buraxacaq.
Həkim müayinəsindən sonra argentinalı forvardda əzələ dartılması aşkarlanıb.
Lautaro Kataloniya təmsilçisi ilə ilk yarımfinal oyununda zədələnib.
Qeyd edək ki, “İnter” və “Barselona” klubları arasında Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu mayın 6-da keçiriləcək.
Namiq HUN
tag: İnter,Lautaro Martines,Zədə,İtki,Todaypress.az,