“İnter” Zelinskini itirdi

İdman

10.03.2025 18:19

1305

“İnter” klubunun futbolçusu Pyotr Zelinski 2 ayadək futbol matçları kənardan seyr edəcək.   

TodayPress “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, səbəb  mərkəz yarımmüdafiəçisinin baldır əzələsindən xəsarət almasıdır. 

O, “Montsa” ilə A Seriyasının XXVIII turunun oyununda zədələnib. 70-ci dəqiqədə meydana çıxan futbolçu 3 dəqiqə sonra əvəzlənib. 

Qeyd edək ki, Pyotr Zelinski cari mövsüm “İnter”də 33 matçda meydanda olub, 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.   

Namiq HUN

tag: İnter,Klub,Pyotr Zelinski,Zədə,Todaypress.az,