“İnter” Tyuramı itirdi

İdman

11.02.2025 11:22

2590

“İnter” klubunun futbolçusu Markus Tyuram zədələnib.   

TodayPress xəbər verir ki, o, A seriyasının XXIV turunda “Fiorentina” ilə matçda oyunu davam etdirə bilməyib.   

Tyuramın zədəsinin ciddi olduğu güman edilir. 27 yaşlı hücumçunun son durumuna tibbi müayinədən sonra aydınlıq gələcək. 

Qeyd edək ki, cari mövsüm Markus Tyuram “İnter”in heyətində meydana çıxdığı 32 oyunda 14 qol vurub və 8 məhsuldar ötürmə edib.   

Namiq HUN

tag: İnter,Markus Tyuram,Futbol,Seria A,Zədə,Klub,Todaypress.az,