“İnter” transferlərlə bağlı qərar verdi

İdman

29.11.2024 17:25

“İnter” yaşlı futbolçuların transferindən imtina etmək qərarına gəlib.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi qarşıdan gələn transfer pəncərələri ilə bağlı qayda tətbiq edəcək. 

“İnter” 25 yaşdan yuxarı futbolçularla müqavilə imzalamayacaq. Milan təmsilçisi komandanı gəncləşdirmək və maaş xərclərini azaltmaq istəyir.

Hazırda “İnter”in yaşı 30-dan yuxarı olan 11 futbolçusu var. Dörd futbolçunun isə yaşı 35 və daha çoxdur. Heyətdə yalnız üç nəfərin yaşı 24-dən aşağıdır.

Namiq HUN

tag: İnter, Milan, Transfer, Müqavilə, todaypress.az,