“İnter Mayami”də məşhurların günü

İdman

26.10.2024 13:05

Messi, Suares və Albanın forma geyindiyi “İnter Mayami” klubu MLS-in 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində “Atlanta Yunayted”lə qarşılaşıb.

TodayPress xəbər verir ki, matç Mayami təmsilçisinin qələbəsi ilə başa çatıb 2:1.

Görüşdə "İnter Mayami"nin məşhur futbolçuları Lionel Messi, Jordi Alba və Luis Suares də iştirak ediblər. 

Oyunda Jordi Alba 1 qol və asistə imza atıb. Luis Suares 1 qol vurub, Lionel Messi isə 1 məhsuldar ötürmə verib.

Namiq HUN

tag: Messi, Mayami, İnter, Atlanta Yunayted, Jordi Alba, todaypress.az,