“İnter Mayami” Messi ilə anlaşdı
İdman
28.11.2024 11:34
“İnter Mayami” klubunun hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatının sonuna qədər komanda ilə yeni müqavilə imzalayacaq.
TodayPress xəbər verir ki, tərəflər arasındakı hazırkı müqavilə 2025-ci ilin dekabrınadək qüvvədədir.
Qeyd edək ki, 37 yaşlı futbolçu 2023-cü ilin yayında azad agent kimi Mayami təmsilçisinə keçib. O, “İnter Mayami”də keçirdiyi 39 matçda 34 qol vurub və 18 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: İnter Mayami, Messi, Müqavilə, Hücumçu, Matç, todaypress.az,