“İnter Mayami” FIFA-dan dəvət gözləyir
İdman
04.10.2024 18:25
FİFA-nın oktyabrın sonuna kimi MLS-in müntəzəm mövsümünün qalibi olan "İnter Mayami"yə Klublararası Dünya Çempionatına dəvəti təsdiqləyəcəyi gözlənilir.
TodayPress xəbər verir ki, bu barədə "Give Me Sport" məlumat yayıb.
ABŞ təmsilçisi 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatında oynamaq şansı əldə etsə, o zaman Lionel Messi də turnirin iştirakçısı olacaq.
Devid Bekhemin klubu turnirə ev sahibliyi edən ölkənin təmsilçisi kimi dəvət ala bilər.
Xatırladaq ki, 2025-ci ilin yayında 32 komandanın iştirak edəcəyi yeni formatlı Klublararası Dünya Çempionatı ABŞ-də keçiriləcək.
Namiq HUN
tag: FIFA ,Mayami ,İnter ,Dünya ,Bekhem ,todaypress.az,