“İnter Mayami” Alba ilə razılığa gəldi

İdman

11.12.2024 17:42

Müdafiəçi Jordi Alba “İnter Mayami” futbol klubunda oynamağa davam edəcək.

TodayPress xəbər verir ki, ispaniyalı futbolçu ABŞ klubu ilə yeni müqavilə bağlayıb. 

Tərəflər arasında müqavilə gələn ilin sonuna qədər nəzərdə tutulub.

Alba ötən mövsümdə 31 matçda iştirak edib, 5 qol vurub və 10 məhsuldar ötürmə verib.

Qeyd edək ki, “İnter Mayami” MLS-in pley-off mərhələsinin ilk raundunda “Atlanta Yunayted”ə məğlub olaraq, mübarizədən kənarda qalıb.

Namiq HUN

tag: Müdafiəçi ,Jordi Alba,İnter Mayami,ABŞ,todaypress.az,