“İnter” liderliyini davam etdirir

İdman

09.03.2025 09:15

2655

İtaliya A Seriyasında XXVIII turun görüşləri davam edir. 

TodayPress xəbər verir ki, günün son matçında "İnter" öz meydanında "Monza"nı qəbul edib.

5 qolun vurulduğu matçda ev sahibləri geridən gələrək, rəqibini 3:2 hesabı ilə məğlub etməyi bacarıb.

"İnter" bu qələbə ilə xallarının sayını 61-ə çatdıraraq liderliyini davam etdirir.

İtaliya A Seriyası 

XXVIII tur

23:45. “İnter” - “Monza” - 3:2

tag: İtaliya , A Seriyası,İnter,Monza,todaypress.az,