"İnter" klub tarixində ilkə imza atdı

İdman

13.07.2024 13:58

İtaliya A Seriyasının son qalibi olan "İnter" klubu tarixində ilk dəfə iranlı futbolçu transfer edib.

TodayPress xəbər verir ki, Milan təmsilçisi hücumçu Mehdi Taremi ilə 3 illik müqavilə bağlayıb.

31 yaşlı futbolçunun son klubu Portuqaliya "Portu"su olub. İran millisinin də şərəfini qoruyan Mehdi Taremi 86 matçda 49 qol vurub.

Xatırladaq ki, “İnter” ötən mövsüm İtaliya çempionatının 33-cü turunun "Cüzeppe Meatsa" stadionunda baş tutan matçında "Milan"ı 2:1 hesabı ilə məğlub edərək vaxtından əvvəl A Seriyasının qalibi olub. “Neradzurre” çempionatın başa çatmasına 5 tur qalmış 20-ci çempionluğunu elan edib. 

Namiq HUN

tag: İnter, Klub, Cüzeppe Meatsa, Milan, Portsu, todaypress.az,