“İnter” İtaliya Superkubokunun finalına yüksəldi
İdman
03.01.2025 09:54
Futbol üzrə İtaliya Superkubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
TodayPress xəbər verir ki, Səudiyyə Ərəbistanında təşkil olunan turnirdə “İnter” və “Atalanta” klubları qarşılaşıb.
Matç Milan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Denzel Dyumfris oyunda dubl edib.
Nəticədə Simone İnzaginin komandası İtaliya Superkubokunun final mərhələsinə çıxıb.
“İnter”in rəqibi bu gün keçiriləcək “Milan” və “Yuventus” klublarının yarımfinal görüşündən sonra məlum olacaq.
Namiq HUN
tag: İnter, Atlanta ,Milan ,Yuventus, todaypress.az,