“İnter” İnzaqi ilə anlaşmanı uzadacaq

İdman

23.12.2024 16:55

“İnter”in baş məşqçisi Simone İnzaqi gələcək hədəfindən danışıb.

TodayPress xəbər verir ki, italiyalı mütəxəssis məqsədinin uzun illər “İnter”də çalışmaq olduğunu bildirib:

“Uzun illər “İnter”də qalacağammı? Mənim istədiyim budur. Burada özümü yüksək qiymətləndirilmiş hiss edirəm. Məqsədim daha uzun illər “İnter”də çalışmaqdır”. 

Qeyd edək ki, İnzaqi 2021-ci ildən Milan təmsilçisinə rəhbərlik edir. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Klub rəhbərliyi İnzaği ilə anlaşmanı uzatmaqda maraqlıdır.

Hazırda İtaliya A Seriyasında ilk üçlüyü tamamlayan “İnter” lider “Atalanta”dan 6 xal geri qalır. “Neradzurre”nin ehtiyatda 2 oyunu var. 

Namiq HUN

tag: Milan, Təmsil, İnter, Klub, todaypress.az,