"İnter" Aslani ilə anlaşmanı uzatdı
"İnter" futbol klubu yarımmüdafiəçi Kristian Aslani ilə yeni uzunmüddətli müqavilə imzalayıb.
TodayPress xəbər verir ki, Milan təmsilçisinin 22 yaşlı albaniyalı futbolçu ilə müqaviləsinin müddəti 30 iyun 2028-ci ilə qədərdir.
Kristian Aslani 2022-ci ilin yayında "Empoli"dən "İnter"ə keçib.
Futbolçu iki ildir çıxış etdiyi Albaniya millisinin heyətində son Avropa çempionatında da iştirak edib.
Namiq HUN
tag: İnter, Milan , Empoli, Avropa ,Çempionat,Albaniya ,Çempionat ,todaypress.az,