İnsinye A Seriyasından təklif aldı
İdman
08.01.2025 15:30
“Napoli”nin sabiq hücumçusu, hazırda MLS-in “Toronto” klubunda çıxış edən Lorenzo İnsinye A Seriyasından təklif alıb.
TodayPress xəbər verir ki, İtaliya millisinin sabiq üzvü karyerasını “Montsa” klubunda davam etdirə bilər.
Qeyd edək ki, forvardın agentləri Montsa təmsilçisinin baş direktoru Adriano Qalliani ilə yaxşı münasibətdədirlər.
Xatırladaq ki, Lorenzo İnsinye 2009-2022-ci illərdə “Napoli” klubunda çıxış edib.
Namiq HUN
tag: Toronto, Klub,Montsa, Forvard ,todaypress.az,