İnsanlar robotlarla qaçış cığırına çıxdılar

İdman

19.04.2025 13:56

12

Pekində insanabənzər robotların da çıxış etdiyi yarımmarafon keçirilib.   

TodayPress “Reuters”ə istinadən xəbər verir ki, eyni vaxtda qaçış cığırına 21 robot çıxıb.   

Onlardan “Tiangong Ultra” adlı robot 21,0975 km məsafəni 2 saat 40 dəqiqə 42 saniyəyə qət edərək finişə birinci çatıb.   

İnsanlar arasında Efiopiyadan olan atletlər uğurla çıxış ediblər. Kişilərin yarışında ən yaxşı göstərici 1 saat 2 dəqiqə 36 saniyə, qadınlarda isə 1 saat 11 dəqiqə 07 saniyə olub. 

Robotlar və insanlar eyni marşrutla qaçsalar da, birincilər üçün xüsusi zolaq ayrılıb.

Bundan başqa hər bir mexanikləşdirilmiş qaçışçının müşayiətçisi də olub. Yarış zamanı robotların batareyalarını dəyişməyə icazə verilib. 

Qeyd edək ki, “Tiangong Ultra” robotunun maksimal sürəti saatda 12 kilometrdir. Yarış zamanı isə o, təxminən saatda 7-8 kilometr sürətlə qaçıb. 

Namiq HUN

tag: Robot,İnsan,Marafon,Yarış,Todaypress.az,