İngiltərənin daha bir əfsanəsi həyatdan getdi
Premyer Liqa təmsilçisinin əfsanəsi Ronni Boys 83 yaşında vəfat edib.
TodayPress xəbər verir ki, 1959-cu ildə “Vest Hem”ə qoşulan Boys həmin ilin sonunda Cənub kubokunda “Milliol”la oyunda debüt edib.
Yarımmüdafiəçi bir il sonra İngiltərə çempionatında ilk rəsmi matçını “Preston” klubuna qarşı keçirib.
Ronni “Vest Hem”də 14 mövsüm oynayıb. O, 1965-ci ildə “Vest Hem”lə Kuboklar Kubokunu qazanıb.
Boys karyerasını bitirdikdən sonra “çəkicdöyənlər”in məşqçilər korpusuna daxil olub. O, 1995-ci ilə qədər “Vest Hem”in strukturunda çalışıb.
2019-cu ildə London təmsilçisi onu ”ömürlük nailiyyət” mükafatı ilə təltif edib.
Namiq HUN
tag: Premyer Liqa ,Ronni Boys, İngiltərə çempionatı,İdman,todaypress.az,