İngiltərəli ulduz futbolçu heç kimə lazım deyil
İdman
17.12.2024 16:27
“Mançester Yunayted” klubunun hücumçusu Markus Reşford Avropanın top klublarının maraq dairəsində deyil.
TodayPress “Sky Sports”a istinadən xəbər verir ki, ingilis futbolçunun hazırkı forması, meydandan kənar davranışı və yüksək maaşına görə “köhnə qitə” təmsilçilərinin heç biri onu heyətinə qatmaq istəmir.
Xatırladaq ki, “Mançester Yunayted” Reşfordu transferə çıxarıb. 27 yaşlı futbolçu ilə bağlı qərarı mankunianların baş məşqçisi Ruben Amorim və klubun sahibi Cim Ratkliff verib
Qeyd edək ki, Reşford “qırmızı şeytanlar”ın yetirməsidir. Sari mövsüm o, bütün turnirlərdə 24 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun transfer dəyərini 55 milyon avro qiymətləndirir.
Namiq HUN
tag: Reşford, Mövsüm ,Ulduz, Futbolçu, todaypress.az,