İngiltərəli futbolçu milli karyerasını başa vurdu

İdman

29.08.2024 17:43

İngiltərə millisinin müdafiəçisi Kiran Tripyer komandanı tərk etdiyini açıqlayıb.

TodayPress xəbər verir ki, 33 yaşlı futbolçu 2017-ci ildən millinin formasını geyinib. 

"Nyukasl" klubunun üzvü bu müddət ərzində 54 qarşılaşmada meydana çıxıb və 1 qol vurub.

Kiran Tripyer İngiltərə millisi ilə Avropa çempionatlarının 2 qat gümüş mükafatçısıdır.

Namiq HUN

tag: İngiltərə, Nyukasl, Kiran Tripyer, Avropa, Çempionat, todaypress.az,