İngiltərəli futbolçu Fransa klubuna sorğu göndərdi
İdman
20.09.2024 14:55
“Liverpul”un müdafiəçisi Trent-Aleksander Arnold Fransanın “Nant” klubunu almaqda maraqlıdır.
TodayPress xəbər verir ki, Trent klubu Londonda yerləşən investisiya fondu vasitəsilə almaq üçün sorğu göndərib. Həmin fondu 25 yaşlı ingiltərəli futbolçunun atası Maykl Arnold idarə edir.
Fransa klubuna edilən təklifin 100 milyon avro olduğu bildirilir. İş adamı Valdemar Kita 2007-ci ildən “Nant”ın sahibidir. O, dəfələrlə klubun üzləşdiyi idman və maliyyə çətinliklərindən yorulduğunu etiraf edib.
Trent “Nant”a qədər “Havr” və “Sent Etyen” komandalarını almaqda maraqlı olub.
Qeyd edək ki, “Liverpul”un futbolçusu Fransanın “Alpine F1 Team” yarış komandasının səhmdarıdır.
Namiq HUN
tag: Trent Klubu ,London ,Nant, Sent Etyen ,Havr, Fransa ,todaypress.az,