İngiltərəli əfsanə geri döndü

İdman

23.07.2024 09:40

İngilis futbolçu Qaret Barri 43 yaşında karyerasını bərpa edib. 

TodayPress xəbər verir ki, Barri İngiltərənin XI liqa klubu olan "Herstpirpoynt" kollektivi ilə 1 illik müqavilə bağlayıb.

Müdafiəçi Premyer Liqada keçirdiyi oyunların sayına görə (653) mütləq rekordçudur. 

Qeyd edək ki, Barri karyerası ərzində "Aston Villa", "Mançester Siti", "Everton" və "Vest Bromviç" klubunun şərəfini qoruyub. Müdafiəçi 2020-ci ildə futbolçu karyerasını başa vurduğunu açıqlamışdı.

Namiq HUN

tag: İngiltərə, Qaret, Barri, Liqa, Everton, todaypress.az,