İngiltərədən möhtəşəm geridönüş: "Şir"lər finalda
İdman
11.07.2024 01:15
Futbol üzrə Avropa
çempionatında ikinci finalçının adı müəyyənləşib.
TodayPress xəbər verir ki,
Dortmundun "Siqnal İduna Park" stadionunda, Niderland və İngiltərə
milliləri finala vəsiqə uğrunda yarışıblar.
Almaniyalı FIFA referisi
Feliks Svayerin fit sahibi olduğu matçın birinci hissəsində komandalar hərəyə
bir qolla kifayətləniblər. 7-ci dəqiqədə “zanbaqlar”ın heyətində Xavi Simons
möhtəşəm zərbə ilə ingilislərin torunu silkələyib 1:0. “Şirlər”in cavabı özünü
çox gözlətməyib. Harri Keyn ona qarşı kobud oyuna görə rəqibi penalti zərbəsi
ilə cəzalandırıb 1:1. Fasiləyə qədər ingilisləri qapı çatı, Niderland millisini
isə dirək növbəti qoldan qurtarıb. Başabaş mübarizədə keçən ikinci hissədə də
azarkeşlər qol seyr ediblər. 90+1-ci dəqiqədə Ollie Uotkins qələbə qolunu
vuraraq İngiltərə millisini finala çıxarıb 2:1.
İngiltərə ardıcıl ikinci dəfə
Avropa çempionatının həlledici matçında oynayacaq. Futbolun yaradıcıları qızıl
medallar uğrunda matçda İspaniya millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, çempionatın həlledici matçı iyulun 14-də keçiriləcək.
Namiq HUN
tag: todaypress.az, İngiltərə, Niderland, AVRP-2024, Avropa çempionatı,